Kouçluq

Kouçluq, insanın öz həyatına, özünə və inkişaf yolçuluğuna bu gündən gələcəyə doğru bir proyeksiya ilə, kənardan bir baxış bucağından baxmasını təmin edən bir prosesdir.

Kouçluq Əsasən Dəyişikliyin İdarə Edilməsidir.

Dəyişikliklərə uyğunlaşmaqdır. İnsanların özlərini müxtəlif sahələrdə tanımalarını təmin edən, getmək istədikləri yolu fərqindəliklə seçmələrinə və seçdikləri yolda qətiyyətlə addım atmalarına dəstək olan peşəkar bir yoldaşıdır.

Kouçluq İnsanı Fokusa Gətirməkdir.

Bu yanaşma qarşılıqlı ünsiyyət və interaktiv bir prosesi özündə birləşdirir. Bununla yanaşı, kouç çox yaxşı dinləyən, güclü suallar verən və şəxsə müstəqil şəkildə istiqamət vermədən dəstək olan şəxsdir.

Kouçluq, insanların öz fərqindəliklərini, həll yollarını, kəşflərini və bununla yanaşı öz potensiallarını ortaya çıxarmalarını təmin edən peşəkar sistemlər toplusudur.

Kouç, bu sistemləri tam fərqindəliklə bilən və tətbiq edən şəxsdir. Bu səbəbdən kouçun, başlanğıcı olub, sonu olmayan bir təlim prosesinə daxil olması lazımdır. Bu işi peşəkar şəkildə icra etmək üçün yalnız lazım olan texnikaları öyrənməklə kifayətlənməyib, “Kouç mövqeyi” adlanan yanaşmanı və bu yanaşmanın tələb etdiyi bacarıqları qazanmaq üçün öz üzərində ciddi şəkildə çalışması, öyrənməsi və daim özünü inkişaf etdirməsi lazımdır.

“PEŞƏKAR KOUÇ” KİMDİR?

Peşəkar kouç, ən az 128 saatlıq, ICF tərəfindən akkreditasiya olunmuş bir proqramı tamamlamış, bu proqramın bütün tələblərini yerinə yetirmiş, ən az 100 saatlıq peşəkar kouçluq təcrübəsinə malik olan və bununla yanaşı öz üzərində ciddi şəkildə çalışan, daimi təlimlərlə özünü dəstəkləyən, kouçluq etdiyi sahədə özünü inkişaf etdirən, kouçluq  (ICF etik qaydalar) prinsiplərini həyat prinsipləri halına gətirən şəxsdir.

Kouç, bütün bunları edərkən kouçluq etdiyi şəxsi neytral və tamamilə qərəzsiz şəkildə çox diqqətlə dinləyərək, onun çatmaq istədiyi nəticələrə nail olmasına dəstək verən metodları bilən, bu metodları effektiv şəkildə tətbiq edə bilən və şəxsi məlumatları ömür boyu gizli saxlaya bilən bir yol yoldaşıdır.

Kouçun, kouçluq sahəsində davamlı inkişaf edən bilik və təcrübəsinə baxmayaraq, kouçluq etdiyi şəxsin mövzusu, peşəsi və gündəmi haqqında mütəxəssis olması tələb olunmur.

KOUÇLUQ HANSI SAHƏLƏRDƏ TƏTBİQ OLUNUR?

Ericksonun “Kouçluğun Sənəti və Elmi” sertifikat proqramını tamamlayan bir şəxs, maraq göstərdiyi müxtəlif sahələrdə (karyera kouçluğu, idarəçi kouçluğu, tələbə kouçluğu, transformativ kouçluq və s.) kouçluq xidməti göstərə bilər. Bununla yanaşı, komanda kouçluğu, cütlük-ailə kouçluğu sahələrində fəaliyyət göstərə bilmək üçün müvafiq əlavə təlimləri tamamlaması tələb olunur.

Şəxs, dörd modüldən ibarət əsas kouçluq proqramını tamamladıqdan sonra, proqramın qazandırdığı əsas bacarıq və bilikləri, ixtisaslaşma tələb edən sahələr xaricində, maraqlandığı və ixtisaslaşmaq istədiyi bütün sahələrdə tətbiq edə bilər.

Kouçluqda ixtisaslaşma, çoxsaylı praktiki təcrübələrə malik olmaq, “bütüncül insan” inkişafı baxımından öz üzərində davamlı işləmək, mütaliə etmək, araşdırmalar aparmaq, sahədəki yenilikləri izləmək, digər kouçlarla ünsiyyət qurmaq və bir şəbəkə daxilində olmaq kimi addımlarla inkişaf etdirilən bir prosesdir. Bu səbəbdən, yalnız əsas kouçluq proqramını tamamlamış olmaq bir şəxsi yetkin kouç etmir.

Bundan əlavə, kouç, müvafiq kouçluq bacarıqlarını fərqli proqramlar və təlimlərlə də dəstəkləyə bilər.

KOUÇLUQ XİDMƏTİ GÖSTƏRİLƏ BİLƏCƏK BƏZİ SPESİFİK SAHƏLƏR

  • İdarəetmə prosesləri
  • Yüksək səviyyəli idarəçi və lider kouçluğu
  • Gənclər üçün təhsil / imtahan prosesləri
  • Gələcək və karyera planlaması
  • Məqsəd və vizyon formalaşdırmaq
  • Layihə inkişafı və yaradıcılıq proseslərinə yiyələnmə
  • Valideyn – uşaq ünsiyyət proseslərini tənzimləmək
  • “Bütüncül İnsan” inkişafı və dəyişiklik prosesləri
  • Şəxsin daxili proseslərini dəstəkləyən transformativ dəyər kouçluğu
  • Zaman idarəetməsi, planlaşdırma, prioritetləndirmə, fokuslanmaq
  • Qərarvermə
  • Ünsiyyət qurmaq prosesləri
  • Şəxslərin həyatında +1 daha  (+ 1 üst versiyasını yaratmaq üçün )inkişaf etdirmək və transformasiya etmək istədiyi hər sahə

Bundan əlavə, müvafiq sertifikatlaşma proqramlarını tamamladıqdan sonra:

  • Ailə, cütlük, münasibət kouçluğu
  • Komanda performanslı kouçluq

Bununla yanaşı, kouçluq, hər növ mövzu və ya sahəyə tətbiq edilə bilən bir metod olduğu üçün, kouçluq edilə biləcək sahələr kouçun maraq dairəsi və təsəvvür gücü qədər genişdir.