Erickson Coaching International, klinik psixoloq və NLP (“Neuro Linguistic Programming”) mütəxəssisi Marilyn Atkinson tərəfindən 1980-ci ildə Kanadada NLP İnstitutu olaraq qurulmuş, beynəlxalq ICF (Beynəlxalq Kouçluq Federasiyası) tərəfindən akkreditasiya edilmiş bir kouçluq məktəbidir. Adını məşhur psixiatr Dr. Milton Ericksondan almışdır.
ICF tərəfindən akkreditasiya olunmuş “Kouçluğun Sənəti və Elmi Sertifikat Proqramı” və kouçluğu dəstəkləyən bir çox fərqli proqram təqdim edən, dünya miqyasında geniş yayılmış bir insani inkişaf məktəbidir.
2025-ci ildə 45-ci ildönümünü böyük sevinc ilə qeyd edəcək olan Erickson Coaching International, dünyanın 6 qitəsində, 50-dən artıq ölkədə, 55.000-dən çox tərəfdaşla fəaliyyətini davam etdirərkən, “2024 ICF IMPACT” mükafatları çərçivəsində dünyanın ən təsirli kouçluq məktəbi mükafatına layiq görülmüşdür.
Denge Merkezi Danışmanlık şirkətinin qurucu lideri Dr. Zerrin Başer, MCC, “İnsan və təşkilat” inkişafına xidmət etmək məqsədilə 2008-ci ilin avqust ayından etibarən Ankara və İstanbul mərkəz olmaqla, bütün Türkiyə, KKTC və Azerbaycan’də Erickson Internationalın nümayəndəsi, təşkilatçısı və beynəlxalq təlimçisi olmaqla yanaşı, 2023-cü ilin aprel ayından Erickson International İdarə Heyətinin üzvü olaraq fəaliyyət göstərir.
Özünü daim inkişaf etdirən və yeniləyən bir məktəb olaraq, kouçluq peşəsinin standartını “Dünya Oyunu” (“World Game”) səviyyəsinə yüksəltmək üçün çalışır. Kouçluğun peşəkar bir sənət olmasının yanaşı, insanın dünyaya və cəmiyyətə xidmət göstərməsinin vasitələrindən biri olduğu anlayışını da özündə birləşdirən yanaşmalara sahib bir məktəbdir.
Erickson Kouçluq Məktəbi, proqramlarında “Kouçluğun Sənəti və Elmi” perspektivi ilə insan haqqında elmi araşdırmaları, insanın holistik beyin sistemini və bir çox fərqli yanaşmaları bir araya gətirərək, iştirakçılara həm elmi, həm də insani orijinallığı dəstəkləyən bədii bir mövqe ilə sahə açır.
Öz sahəsində son dərəcə yetkin, Erickson prinsiplərini həyatının hər sahəsində mənimsəməyi məqsəd götürən çoxsaylı beynəlxalq təlimçi, mentor və supervayzerlərdən, kouçlardan ibarət geniş bir komanda ilə xidmət göstərir.