(ICF) International Coach Federation – “Beynəlxalq Kouçluq Federasiyası” tərəfindən akkreditasiya olunmuş 136 saatlıq bir sertifikat proqramıdır. ICF Level-1 və Level-2 çərçivəsində 4 tam günlük və 4 əsas moduldən ibarət “Əsas Səviyyə” Proqramı və ICF Level-2 (Part 2) “İrəli Səviyyə” (Advance Kouçluq Proqramı) daxildir.
Proqramın Quruluşu:
İlk 2 modulu tamamlayan iştirakçılar ICF Level-1 çərçivəsində “Essentials Course” proqramını başa vurmuş olurlar.
Proqram müddətində iştirakçılardan elan olunmuş bütün tarixlərdə və saatlarda dərslərdə davamlı iştirak etmələri tələb olunur.
İştirakçılar müəyyən olunmuş say və aralıqlarla mütəmadi praktiki çalışmalar aparırlar.
Modullar zamanı və hər iki modul arasında Erickson Türkiye-nin akkreditə olunmuş mentor və supervayzerləri tərəfindən kouçluğa nəzarət və dəstək verilir.
3-cü və 4-cü modulu tamamlayan iştirakçılar ICF Level-2 çərçivəsində “Advance Course” proqramını başa vurmuş olurlar.
Son modul, həm praktik, həm də nəzəri dəyərləndirmə mərhələsini özündə birləşdirən tamamlama moduludur.
4-cü modulun sonunda nəzəri və praktik dəyərləndirmələri tamamlayan iştirakçılar ICF Level-2 Advance Course prosesini uğurla bitirir və Erickson Peşəkar Kouçluq Sertifikatlaşdırma prosesinə daxil olma hüququ qazanırlar.
KİMLƏR QATILA BİLƏR?
Kouçluğu peşəkar bir sənət kimi öyrənmək istəyənlər
Korporativ mühitdə və ya öz işində bu yanaşmanı perspektiv kimi istifadə etmək istəyənlər
Şirkət daxilində kouçluq fəaliyyətini işinin bir hissəsi kimi icra etmək istəyənlər
Liderlik bacarıqlarını inkişaf etdirmək və idarəetmə yanaşması kimi kouçluğu istifadə etmək istəyən rəhbərlər və liderlər (taktiki və staretiji rəhbərlər)
İnsan Resursları mütəxəssisləri
Yeni nəsil uşaqlar və tələbələrlə ünsiyyətini gücləndirmək istəyən valideynlər və müəllimlər
İnsani inkişaf yolçuluğunda özünü inkişaf etdirmək istəyənlər
Bu sahəyə marağı olan və qatılmaq istəyən hər kəs
ÖN ŞƏRTLƏR NƏLƏRDİR?
Proqrama qatılmaq və peşəkar kouç olmaq üçün hər hansı bir məcburi ön şərt yoxdur. Bununla belə, “Peşəkar Kouç” olma prosesini daha da dəstəkləyəcək bəzi əsas Meyarlar bunlardır:
Şəxsin əvvəlki təlim və ya inkişaf proqramlarında iştirak etmiş olması, kouçluq peşəsini mənimsəmə və inkişaf etdirmə prosesinə böyük töhfə verə bilər.
Ali təhsil almış və iş həyatında müəyyən bir təcrübəyə sahib olmaq, kouçluq sahəsindəki inkişaf prosesinə baxış bucağı, təcrübə və biliklər baxımından önəmli üstünlüklər qazandıracaqdır.
İngilis dili başda olmaqla xarici dilləri bilmək, dünya miqyasında mövcud olan beynəlxalq mənbələri, araşdırmaları və konfransları izləməyə imkan verəcək və kouçun peşəkar inkişafına müsbət təsir edəcək bir meyardır.
Dünya və Türkiyədə kouçluq proqramlarının və tətbiqlərinin böyük bir hissəsi onlayn platformalarda həyata keçirilir. Bir çox beynəlxalq konfranslar, təlimlər və seminarlar da virtual mühitə keçirilmişdir. Buna görə də, şəxsin texnologiya və internet sahəsindəki bacarıqlarının inkişafı, kouçluq sahəsindəki inkişafını da əhəmiyyətli dərəcədə dəstəkləyəcəkdir.
KOUÇLUQDA İRƏLİ SƏVİYYƏ (LEVEL-2 MENTOR BUNDLE)
Erickson International, ICF (Beynəlxalq Kouçluq Federasiyası) sertifikatlaşdırma prosesi üçün tələb olunan ICF Level-2 (Mentor Bundle) sertifikatını təqdim etmək üçün ICF tərəfindən akkreditasiya olunmuş bir məktəbdir.
Level-2 Mentor Bundle sertifikatlaşdırma prosesi üçün:
4 modüldən ibarət əsas səviyyənin tamamlanması tələb olunur.
Proqram ICF əsas bacarıqları və qrup mentorluqlarını özündə birləşdirən 15 saatlıq Zoom-canlı sessiyalar,
6 fərdi mentor kouçluq sessiyası və
şifahi imtahandan ibarət bir prosesdir.
Proses tamamilə onlayn şəkildə həyata keçirilir.
ICF tərəfindən müəyyən edilmiş peşəkar kouçluq bacarıqlarına əsasən iştirakçıların inkişafını dəstəkləyir.
Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın: contact us.